NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Xaməneinin müşaviri: İran-Azərbaycan təlimləri qarşılıqlı etimadın yüksək olduğunu nümayiş etdirir

...

İranla Azərbaycan arasında təlimlər qarşılıqlı etimadın yüksək olduğunu nümayiş etdirir.

"Şərq qapısı" “nournews.ir”a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.

Müşavir deyib ki, ABŞ başda olmaqla Qərb və NATO-nun Azərbaycan, Xəzər dənizi, Mərkəzi Asiya vasitəsilə şərqdən qərbə daşımalar etdiyi üçün İran Zəngəzur yolunun açılmasına qarşıdır.

Qeyd edək ki, noyabrın 24-də İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilib.

Nəşr edilib : 26.11.2024 15:55