NAXÇIVAN :

02 Noyabr 2026, Bazar ertəsi

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

...

Qazaxıstan və Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üçün ilkin hədəf həcmi 200 milyon dollaradək olan birgə birbaşa investisiya fondunun yaradılması üzərində işləyir. Gələcəkdə fondun həcminin artırılması da nəzərdə tutulur.
"Şərq qapısı" Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu məsələ Qazaxıstan Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin ilə Çinin maliyyə naziri Lan Foan arasında Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq üzrə II Tyan-Şan Forumu çərçivəsində keçirilən görüşdə müzakirə olunub.
Fondun yaradılması prosesini sürətləndirmək üçün Qazaxıstan tərəfi hər iki ölkənin məsul maliyyə institutlarının müəyyənləşdirilməsini və onların fondun fəaliyyəti ilə bağlı vahid yanaşmalar hazırlamasını təklif edib.
Bundan əlavə, yeni təşkilat yaratmadan mövcud və formalaşdırılmaqda olan maliyyə mexanizmlərinin layihələrin maliyyələşdirilməsi və sığortalanması üzrə vahid Qazaxıstan-Çin platformasında birləşdirilməsi təklif edilib.

Nəşr edilib : 02.11.2026 19:04