NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

“Xalq teatrları festivalı–2025” davam edir

...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  teatrların fəaliyyətinin stimullaşdırılması, daha da inkişaf etdirilməsi və tanıdılması məqsədilə Naxçıvan şəhərində “Xalq teatrları festivalı–2025” keçirilir.
 "Şərq qapısı" xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən xalq teatrlarının iştirak etdiyi festivalda Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Tofiq Seyidovun iki pərdəli  dörd şəkilli  “Yarımgünlük rəis müavini”  tamaşasını uğurla təqdim edib.
Qeyd edək ki, tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, tərtibatçı rəssamı Hikmət Əliyev, musiqi hissə rəhbəri Qasım Rəsulov, işıq və səs operatoru Müseyib Fərzəliyevdir.

Nəşr edilib : 14.06.2025 13:39