Naxçıvan-Sədərək magistralında qəza olub, 5 nəfər ...
21:50 12.04.2025
0
0
0
“Hər zaman qədim diyar Naxçıvana gələndə, bu cür festivallara qatılanda mənim üçün çox xoş olur. Naxçıvan Dövlət Universiteti çox istedadlı, peşəkar tələbələr yetişdirir”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində jurnalistlərə müsahibəsində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova deyib.
“Bizim üçün çox sevindirici haldır, bu doğma elm ocağında Ümummilli Liderimizin adına həsr olunmuş festivala qatılırıq. Görürəm ki, burada istedadlı tələbələr çoxdur. Böyük zövqlə rəqslər, şeirlər, mahnılar, vokal, saz ifaları və başqa ifaların nümayişi üçün hər cür şərait yaradır”, – deyə Xalq artisti qeyd edib.
Xalq artisti bildirib ki, Naxçıvan Dövlət Universiteti böyük addımlarla irəliləyir və tələbələrin inkişaf etməsi üçün öz dəstəyini əsirgəmir: "Ümid etdiyimiz kimi bu festival da gözəl keçirildi və istedadlı tələbələr seçildi. Seçilən həmin tələbələr Bakı şəhərində Ümummilli Liderimiz Heydər Əliyevin adına təşkil olunacaq möhtəşəm yekun konsert proqramında iştirak edəcəklər. Hər kəsə uğurlar arzulayıram”.
Aidə İBRAHİMOVA
Digər xəbərlər