NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

“Azərbaycanı kəşf et”: Qaranohur gölünə yürüş təşkil olunub

...

“Azərbaycanı kəşf et” təşəbbüsü çərçivəsində növbəti yürüş Qaranohur gölünə təşkil olunub.
Bu barədə  Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.
Belə ki, noyabrın 29-da Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən Qaranohur gölünə piyada yürüş keçirilib.
Yürüşdə Azərbaycan Alpinizm Federasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl sektorun nümayəndələrindən ibarət 22 nəfərlik heyət iştirak edib.
Yürüş zamanı milli park əməkdaşları tərəfindən iştirakçılara ərazinin flora və faunası haqqında məlumat verilib.
Qeyd edək ki, “Azərbaycanı kəşf et” təşəbbüsü ölkəmizin təbiət guşələrinin tanıdılmasına, dağ yürüşlərinə marağın artırılmasına və ekoloji maarifləndirmənin gücləndirilməsinə xidmət edir.

Nəşr edilib : 29.11.2026 20:12