NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Xalidə Həmidova: "Bu gün bu konfransda iştirak etdiyim üçün özümü şanslı hesab edirəm"

...

“Mən Naxçıvan Dövlət Universitetinin doktorantıyam, həm də Naxçıvan mənim üçün sevimli, tez-tez bura gəlməyi xoşladığım məmləkətlərdən biridir. Bu gün bu  konfransda iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Həqiqətən də, bölgələrdə bu şəkildə konfransların keçirilməsi bu cür inkişafın olmasını görmək bir ölkə üçün çox sevindiricidir. Naxçıvanda hər dəfə olduqda buranın necə inkişaf etdiyinin şahidi oluruq”.  
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin  Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidova bildirib. 
O  qeyd edib ki, Naxçıvan Dövlət Universitetində daim təkrarlanaraq fərqli mövzularda keçirilən konfranslarda ölkəmizin, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün inkişafına böyük təkan vermiş olur: "Bu gün konfransda iştirak edən  tələbələr, eyni zamanda muxtar respublikanın ictimai işlərində işləyən insanların çıxışlarının buradakı tələbələrə nə qədər motivasiya verdiyini gördük. Onların verdiyi suallar və qarşılıqlı cavablar müsbət emosiyanın və motivasiya verməsinin şahidi olduq. Bu gün konfransların ardıcıl keçirilməsi bir ölkənin inkişafının nə qədər irəli gedə biləcəyinin göstəricisidir. Mən çox xoşbəxtəm ki, bu konfransda iştirak edərək çıxış etdim və kiməsə hər hansısa bir motivasiya ola bildimsə yenə də özümü xoşbəxt hiss edirəm”.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.04.2025 20:23