Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması...
21:17 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Azərbaycanın hər bir sahədə qazandığı uğurların xronologiyasından bəhs edərkən daim tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqları xüsusi qeyd edirik. Bu baxımdan xarici siyasət uğurlarımız da diqqətdən kənarda qala bilməz. Bunun üçün ölkəmizin ötən 5 ildə ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyevin sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Ümumiyyətlə, diqqət yetirsək görərik ki, Prezident İlham Əliyevin qatıldığı hər bir beynəlxalq tədbir Azərbaycana, dövlətimizin başçısına olan hörmət və etimad ilə diqqətdə olur. Tədbirlərdən öncə qarşı tərəflərin müraciətləri əsasında Prezident İlham Əliyevlə keçirilən görüşlər, günün aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyinə verilən üstlünlük bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri də bu baxımdan diqqətdədir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Şərq qapısı"na açıqlamasında bildirib.
diqqətdədir. Hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycanın bu rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışının yaşıl enerjiyə keçid olduğunu da önə çəksək Azərbaycanın bu sahədə də böyük potensiala və təcrübəyə malik olmasının əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığının şahidi olarıq. Prezident İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında mühüm rola malikdir. Azərbaycan bu gün investisiya cəlbediciliyi ilə də diqqətdədir. Təbii ki, bütün bu uğurlarımız, onların zirvəsində dayanan tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın dünya birliyində söz sahibliyini, mövqeyini möhkəmləndirir, Prezident İlham Əliyevə etimadı daha da artırır.
Milli Məclisin deputatı bildirib ki, BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz BMT ilə qurduğu 33 illik güvənə verdiyi dəyəri açıq formada sübut etdi. Onu da qeyd edək ki, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan BMT ilə əlaqələrinin inkişafında uğurlu nəticələrə imza atıb. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının 155 üzv dövlətinin səsini qazanaraq təşkilatın Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib və 2015-ci ildə BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edərək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi ölkəmizin qazandığı 33 illik etimadın daha bir nümunəsidir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail oldu.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan BMT-nin daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzunun artırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyada gedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici rol oynaya bilər. Bunun üçün təşkilatın özündə ciddi islahatların aparılması qaçılmazdır. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, dünyada yeni nizamlama prosesləri gedir, qlobal təlatümlər baş verir və bu təlatümlərin mənfi təsirləri davam edir. BMT-nin məsələlərə operativ reaksiya verməsi, problemlərin həllində yaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizliyi təmin etməli olan qurumun struktur və funksional cəhətdən daha da gücləndirilməsi artıq zərurətə çevrilib. Belə olarsa, sülh amili dünya siyasətində aparıcı faktora çevrilər, BMT-yə inam daha da artar, ölkələrin bu əhəmiyyətli beynəlxalq təşkilatla əlaqələri xeyli möhkəmlənər.
Digər xəbərlər