NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib

...

VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim olunub.

Deputatlara vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təqdim edib.

Vəsiqə ilk olaraq Milli Məclisin sədri Sahibə Qafarovaya, daha sonra isə sədr müavinləri və deputatlara verilib.

Qeyd edək ki, bu ilin sentyabr ayının 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Nəşr edilib : 30.09.2024 12:47