Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşlar...
17:01 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
Bu sözləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mahir İsmayılov deyib.
Onun sözlərinə görə, istər yerli, özünü müstəqil hesab edən dırnaqarası medialarda, istərsə də, xarici məqsədyönlü KİV-lərdə aparılan bu kimi cılız kampaniyalar xalq-iqtidar birliyini əsla sarsıda bilməz:
“Ölkə rəhbərliyinin tez-tez bölgələrə səfər etdiyinə, xalqla birbaşa təmasda olduğuna şahidlik edirik. Hər görüşdə çox maraqlı, bəzən də həssas anlar yaşanır. Dövlət başçısı azad olunmuş ərazilərimizə səfər edərkən keçmiş məcburi köçkünlərin Prezidentimizə necə sevgi ilə yanaşdığını görürük. Ölkə başçımız isə, öz növbəsində, dövlətin bütün imkanlarını Qarabağın yenidən dirçəlməsi üçün səfərbər edib. Heç bir ölkə qısa müddət ərzində nə bu qədər ərazini işğaldan azad edə bilərdi, nə də onu abadlaşdıra. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsidir. Təkcə ötən 5 ildə Qarabağ ətrafında aparılan siyasətə nəzər yetirsək, Azərbaycanın təkbaşına nə qədər ciddi addımlar atdığını görərik. Məsələn, “Bəs Xankəndi, Xocalı?” – deyə sual edirdilər, cənab Prezident apardığı siyasətlə bu sualın da cavabını verdi. Arayik Harutyunyan, Ruben Vardanyanın bu gün Azərbaycan məhkəmələrində ifadə verməsi də dövlət başçısının qətiyyətli siyasətinin nəticəsidir. Çünki möhtərəm Prezident nəyi nə vaxt, necə etmək lazım olduğunu çox yaxşı bilir. Azərbaycanın müstəqil siyasətini “digər dövlətlərdən asılılıq” kimi qiymətləndirənlərin unutduğu bir şey var – Ulu Öndər Heydər Əliyevin siyasi məktəbi”.
Digər xəbərlər