NAXÇIVAN :

03 Sentyabr 2026, Cümə axşamı

Valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində 124 özəl bağça müsabiqənin qalibi olub

...

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2026-2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.

Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin ödəyəcəyi aylıq ödəniş barədə ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

 

Növbəti mərhələdə müsabiqənin nəticələrinə uyğun olaraq dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili təmin ediləcək. Eyni zamanda, maliyyələşmə müqavilələri çərçivəsində həmin müəssisələrin fəaliyyətinin monitorinqi aparılacaq.

 

Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində paytaxt və regionlarda məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək, valideynlər üçün əlavə seçim imkanları yaratmaq və dövlət-özəl əməkdaşlığını inkişaf etdirməkdir.

Nəşr edilib : 03.09.2026 16:25