Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti dəfə “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi çərçivəsində Babək rayonunun Sirab kəndində uzunömürlü, nümunəvi Zeynalovlar ailəsi ilə gənclərin görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri” nümunəvi ailənin üzvləri, 55 ildir evli olan Zeynalov İsmayıl Əli oğlu və Zeynalova Lətifə Əşrəf qızının qonağı olublar.
Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələrin gənc nəsil arasında təbliğinin əhəmiyyətindən, Zeynalovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 55 illiyi tamam olan uzunömürlü ailə başçısı İsmayıl Zeynalov ailəsinin qayğısına qalaraq, onu qoruyub saxlayıb, hər biri ali təhsilli olan 5 övlad böyüdüb, 15 nəvə, 4 nəticə sahibidir. 57 il pedaqoji fəaliyyətlə məşğul olmuş İsmayıl Zeynalov uzun illər Naxçıvan Dövlət Universitetində müəllim, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışıb, 70-dən artıq elmi məqalənin və 55 elmi-tədqiqat işinin müəllifidir. Onun ömür-gün yoldaşı Lətifə Zeynalova tibb bacısı, laborant kimi müxtəlif sahələrdə 40 illik əmək stajına malik qayğıkeş ana olmaqla gələcəyin vətənpərvər övladlarını yetişdirib.
Uzunömürlü ailənin üzvləri, Babək rayonunun Sirab kəndində yaşayan, evliliklərinin 55 illiyi tamam olan Zeynalov İsmayıl Əli oğlu və Zeynalova Lətifə Əşrəf qızı nümunəvi ailə olmanın sirri, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər. İsmayıl Zeynalov 55 illik ailənin möhkəm təməllər üzərində qurulmasında milli dəyərlərimizin, qarşılıqlı hörmət və ehtiramın oynadığı roldan danışıb, gənclərə xoşbəxt ailə həyatı ilə bağlı nəsihətlərini verib.
Digər xəbərlər