NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır

...

Azərbaycan oktyabrın 22–30-da ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edəcək.
“Şərq qapısı” xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları Bakıda bir araya gətirəcək turnirə hazırlıq işləri davam edir. Qısa müddət ərzində yarış və tədbir məkanlarında genişmiqyaslı hazırlıq həyata keçirilib, turnirin keçirilməsi üçün zəruri infrastruktur və təşkilati proseslər üzrə işlər görülüb.
Turnir ərəfəsində hazırlanan promo video da məhz bu prosesə fokuslanır. Videoda hazırlıq mərhələsindən müxtəlif kadrlar, görülən işlərin miqyası və qarşıdan gələn turnirin Bakıda yaratdığı futbol atmosferi əks olunur.
FIFA U-15 Dünya Çempionatı və Festivalı gənc futbolçuları beynəlxalq mühitdə bir araya gətirməklə yanaşı, Azərbaycan üçün də dünya futbolunun yeni nəslinə ev sahibliyi etmək baxımından əlamətdar hadisədir.

Nəşr edilib : 17.10.2026 22:03