Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələrinin nümayəndə heyətləri Qarabağ Universitetinin infrastrukturu ilə tanış olublar.
“Şərq qapısı” xəbər verir ki, tanışlıq oktyabrın 16-da və 17-də keçirilən Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu çərçivəsində təşkil edilib.
Qonaqlara universitetin əsas tədris binası, Biznes və iqtisadiyyat binası, eləcə də Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyəti, tədris imkanları və maddi-texniki bazası barədə məlumat verilib.
Nümayəndələr ali təhsil müəssisəsində yaradılan müasir təhsil mühiti, tədris infrastrukturu və müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün yaradılmış şəraitlə tanış olublar.
Forum çərçivəsində iştirakçıların Şuşa şəhərinə tanışlıq turu da təşkil edilib. Həmçinin nümayəndələr Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə olublar.
Xatırladaq ki, Xankəndi şəhərində Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib. İki ölkədən 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndə heyətlərini bir araya gətirən tədbir ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, akademik əlaqələrin möhkəmləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri də keçirilib. Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktiki tətbiqi, innovasiya potensialının artırılması, eləcə də Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində universitetlərarası əməkdaşlığın genişləndirilməsini, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan 60-a yaxın anlaşma memorandumu imzalanıb.
Digər xəbərlər