NAXÇIVAN :

07 Oktyabr 2024, Bazar ertəsi

“Uşaq müdafiəsi və təhlükəsizliyi” təlimi 3-cü günündə

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər davam edir. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, günün birinci yarısında UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının məsləhətçisi Elmir Valehli tərəfindən Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin sinif rəhbərlərinə təlim keçirilib. 
Oktyabrın 12-dək davam edəcək təlimlərdə maarifləndirici videoçarx və animasiya filmləri nümayiş etdirilir. 
Qeyd edək ki, hər təlimdən minimum 25 nəfər yararlanır.

Nəşr edilib : 02.10.2024 12:19