NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“Uşaq müdafiəsi və təhlükəsizliyi” mexanizminin tətbiqi layihəsinə start verilib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi ilə birgə Naxçıvanda təlimlərə başlayıb. 
Layihənin tətbiqində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrasının təmin olunmasıdır. Layihənin məqsədi uşaqların zorakılıqdan müdafiəsi və çətin həyat şəraitində olan uşaqların erkən aşkar edilməsi və müvafiq psixo-sosial dəstəyin təmin edilməsidir. Bu məqsədlə ilk mərhələdə məktəblərin pedaqoji heyətinin, sinif rəhbərlərinin, uşaqların və valideynlərin müvafiq olaraq təlimləndirilməsi və məlumatlandırılması nəzərdə tutulur. Bu gün ilk olaraq layihə çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təlimlər keçirilib. Təlimlər oktyabrın 12-dək davam edəcək.

Nəşr edilib : 30.09.2024 20:09