Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər davam edir.
Təlimin ikinci günündə UNİCEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının məsləhətçisi Elmir Valehli tərəfindən ümumtəhsil məktəblərinin sinif rəhbərləri və direktorlarına təlim keçirilib. Bildirilib ki, məqsəd həmin mexanizm nəticəsində məktəblərdə yaradılacaq UMT komandalarının uşaq təhlükəsizliyi konsepti və prosedurları üzrə bacarıqlarının artırılması, eləcə də şagirdlərin, valideynlərin və məktəb heyətinin mexanizm haqqında məlumatlandırılmasıdır. Eyni zamanda uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) mexanizminin məktəblərdə daha da mənimsənilməsinin və müvafiq dəstəyin göstərilməsinin vacibliyi qeyd olunub.
Oktyabrın 12-dək davam edəcək təlimlərdə maarifləndirici videoçarx və animasiya filmləri nümayiş etdirilir.
Digər xəbərlər