Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 2024-cü il 26 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Uşaq əməyi istismarının qarşısının alınması” mövzusunda Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva bildirib ki, ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova tədbir iştirakçılarına slayd vasitəsilə uşaq əməyindən istifadə hallarının qarşısının alınması, Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və ratifikasiya etdiyi beynəlxalq hüquqi sənədlər, milli qanunvericilikdə uşaqlar üçün əmək hüquqlarının xüsusiyyətləri, uşaq əməyinin qadağan olunması halları, uşaq əməyindən istifadə hallarında işəgötürənin hüquqi məsuliyyəti və qanunvericilikdə nəzərdə tutulan cərimələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar da həmin şəxslərin əmək vərdişləri, əmək stajının azlığı, fizioloji vəziyyəti ilə bağlı amillərin olması ilə əlaqədardır. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.
Diskussiya şəraitində keçən tədbirin sonunda sahibkarlıq subyektlərinin nümayəndələrinə qanunvericiliyin tələblərinə riayət etmələri ilə bağlı tövsiyyələr verilib.
Digər xəbərlər