Azərbaycan MN rəhbərliyi “EFES - 2026” təlimində i...
17:50 20.05.2026
0
0
0
Müxtəlif BMT qurumlarının fərqli sahələr üzrə təcrübəsinin bir araya gətirilməsi insanların ehtiyaclarına daha geniş şəkildə cavab verməyə imkan yaradır.
"Şərq qapısı" xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İnteqrasiya olunmuş şəhər həlləri və mənzil üçün insan təhlükəsizliyindən istifadə – BMT-nin birgə fəaliyyətindən dərslər” mövzusunda tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Livan üzrə proqramının direktor müavini Tarek Osseiran deyib.
O, BMT-nin müxtəlif qurumları arasında əməkdaşlığın yalnız nəzəri xarakter daşımadığını, birbaşa yerlərdə insanlarla iş prosesində real nəticələr verdiyini vurğulayıb. UN-Habitat rəsmisi diqqətə çatdırıb ki, fərqli profilli təşkilatların təcrübəsinin bir araya gətirilməsi vətəndaşların çoxşaxəli problemlərinin həllində mühüm rol oynayır.
Tarek Osseiran, həmçinin yerli bələdiyyələrin və icmaların layihələrə ilkin mərhələdən cəlb olunmasının təşəbbüslərin uğurla nəticələnməsinə mühüm töhfə verdiyini qeyd edib.
Digər xəbərlər