NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Uğura aparan yol: şəxsi inkişaf və karyera” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Musiqi Kollecində “Uğura aparan yol: şəxsi inkişaf və karyera” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva  çıxış edərək mövzunun aktuallığı və əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edib. O, şəxsi inkişafın insanın potensialını üzə çıxarmaq və gələcək uğurlarını təmin etmək üçün mühüm şərt olduğunu qeyd edib. Firuzə Hüseynova gənclərin öz qabiliyyətlərini düzgün qiymətləndirməsinin, məqsədyönlü fəaliyyət göstərməsinin, karyera planlamasında isə mütaliənin, davamlı təhsilin və müasir biliklərin mənimsənilməsinin vacibliyini vurğulayıb. Çıxışı zamanı şəxsi inkişafın qızıl qaydaları, karyeranın inkişaf mərhələləri və məqsədləri barədə ətraflı məlumat verən Firuzə Hüseynova bildirib ki,  hər bir insan özünü tanımaqla, potensial imkanlarını düzgün qiymətləndirməklə və ardıcıl şəkildə üzərində çalışmaqla gələcək uğurlarını təmin edə bilər.
Təlimin sonunda iştirakçılarla mövzu ətrafında diskussiya aparılıb.

Nəşr edilib : 03.03.2026 12:33