NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

...

Bu ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 149 icazə verilib.

Nazirlikdən bildirilib ki, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 141, ixracı üzrə 5, tranziti üzrə 2 icazə verilib.

Hesabat dövründə, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1 icazənin verilməsi təmin olunub.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Nəşr edilib : 08.10.2026 15:41