Naxçıvanda Ümumdünya Poçt Günü qeyd olunub
17:30 09.10.2026
0
0
0
NAXÇIVAN :
09 Oktyabr 2026, Cümə
Oktyabrın 9-da AMEA Naxçıvan Bölməsi və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsindən “Şərq qapısı”na bildirilib ki, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayında ölkə Prezidentinin genişməzmunlu və proqram xarakterli nitqinin cəmiyyətimizin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıb. Akademik 1992-ci ilin noyabrında Naxçıvanda ziyalıların müraciəti ilə yaranan Yeni Azərbaycan Partiyasının o dövrdə baş verən tarixi hadisələrdə rolundan danışaraq, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olduğunu, “Əsrin müqaviləsi”nin imzalandığını və strateji inkişaf xəttinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Həmçinin akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu siyasi xəttin uğurla davam etdirildiyini, Azərbaycanın öz gücü, qətiyyətli hərbi və müdrik diplomatiyası sayəsində tarixi Zəfərə imza atdığını, bu gün isə regionda “Orta güc” kimi tanınaraq qlobal miqyasda nüfuzunu gündən-günə artırdığını vurğulayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli dövlət başçısının qurultaydakı nitqinin ölkəmizin gələcək inkişafı üçün fundamental əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın şərəfli inkişaf yoluna toxunaraq YAP-ın yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də qabaqcıl siyasi qüvvə kimi mövqeyini möhkəmlətdiyini, dünyanın bir çox aparıcı partiyaları ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatının sədri Zeynəb Quliyeva YAP-ın VIII qurultayının yeni geosiyasi şəraitdə gerçəkləşməsinin əhəmiyyətini vurğulayıb. O, qurultayın əsas nəticələrini suverenliyin və ərazi bütövlüyünün bərpasından sonra yaranan yeni reallıqlar, Zəfərdən sonra hərbi, iqtisadi, diplomatik və mədəni quruculuq sahəsində əldə olunan tarixi nailiyyətlər, eləcə də gələcək inkişafın davamlılığını təmin edəcək milli təhlükəsizlik, hərbi potensialın artırılması, ideoloji tədbirlər və Böyük Qayıdış prosesi fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri üzrə ətraflı təhlil edib.
Tədbirdə YAP fəallarının ölkənin inkişafındakı rolu yüksək qiymətləndirilib və qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.
Digər xəbərlər