Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın ...
18:52 09.10.2026
0
0
0
NAXÇIVAN :
09 Oktyabr 2026, Cümə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin professoru Eka Çxeidze, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Folklor kafedrasının nümayəndələri professor Ketevan Sixarulidze və professor Xvtiso Mamisimedişvili ilə görüşüb.
AMEA-dan bildirilib ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan-Gürcüstan münasibətlərinin on illərdə bütün sahələrdə olduğu kimi, elmi müstəvidə də sürətlə inkişaf etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu artıq beş ildir Nizami Gəncəvi və Şota Rustaveli yaradıcılığına həsr olunmuş birgə layihə üzərində işləyir. Layihə çərçivəsində hazırlanan kitab Tbilisidə gürcü dilində, Kembricdə isə ingilis dilində nəşr olunub. Akademik İsa Həbibbəyli bunu iki ölkənin elmi əməkdaşlığının birgə nailiyyəti kimi qiymətləndirib.
AMEA prezidenti əməkdaşlıq planlarından da danışaraq diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstanın müvafiq elmi müəssisələri arasında iki yeni - “Türk dünyası eposları və gürcü eposu” və “Ədəbiyyatda Azərbaycan və Gürcüstan altmışıncıları cərəyanı” layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin professoru Eka Çxeidze iki ölkə arasında folklor sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu sğyləyib. Professor Azərbaycan və Gürcüstan arasında folklor sahəsində qarşılıqlı təsirlərin elmi cəhətdən araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Professor Eka Çxeidze Azərbaycan və Gürcüstan alimləri arasında əməkdaşlığın davam etdirilməsinin, ortaq folklor layihələrinin həyata keçirilməsinin və gələcək tədqiqatların genişləndirilməsinin vacibliyinə toxunub.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Folklor kafedrasının nümayəndəsi professor Xvtiso Mamisimedişvili çıxışında gürcü alimlərinin Gürcüstan-Azərbaycan elmi və mədəni əməkdaşlığının gələcək inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Digər xəbərlər