NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Türkiyənin XİN başçısı avropalı həmkarları ilə görüşüb

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı və britaniyalı həmkarları Annalena Berbok və Devid Lemmi ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
Qeyd olunub ki, türkiyəli diplomat tərəflərlə Ər-Riyadda keçirilən Suriya iclası çərçivəsində görüşlər keçirib.
Bundan başqa, Türkiyənin baş diplomatının səudiyyəli həmkarı Bədir Abdulati ilə də görüşdüyü vurğulanıb.
Danışıqların təfərrüatları açıqlanmayıb.

Nəşr edilib : 12.01.2025 18:00