NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir. Bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın təşviqinə töhfə verir", – paylaşımda bildirilib.

Nəşr edilib : 29.10.2026 23:50