NAXÇIVAN :

03 May 2026, Bazar

Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib

...

Türkiyənin Şanlıurfa vilayətinin Meşə təsərrüfatı idarəsi Azərbaycana minlərlə ting göndərib.

"Şərq qapısı" xəbər verir ki, tingləri daşıyan iki yük maşını ödənişsiz əsaslarda “Ağıllı tinglik” Türkiyə-Azərbaycan layihəsi çərçivəsində ölkəmizə yola salınıb.

Həmin ağac tingləri arasında şam, badam, sərv, lavanda, yasəmən, püstə, sidr və digərləri var.

“Yaşıl” Vətən – bizim sevgimiz” devizi altında həyata keçirilən layihə iki qardaş ölkə arasında ətraf mühitin qorunması sahəsində dostluğu və əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Nəşr edilib : 30.04.2026 12:06