NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Türkiyə XİN Hakan Fidanın Dəməşqə getdiyi barədə xəbəri təkzib edib

...

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə getdiyinə dair xəbəri təkzib edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə XİN-dən TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Türkiyə KİV-də ölkənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalının Dəməşqə getdikləri barədə məlumat yayılıb.

Nəşr edilib : 12.12.2024 17:49