NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

...

Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, iki nazir danışıq zamanı bölgədə baş verən son hadisələr, Suriyada müharibənin sona çatdırılması və sülhün təmin edilməsi məqsədilə 2017-ci ildən etibarən başlanan diplomatik danışıqlarını əhatə edən Astana Prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 30.11.2024 19:29