NAXÇIVAN :

08 Aprel 2025, Çərşənbə axşamı

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

...

Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.
“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Nəşr edilib : 07.04.2025 21:33