Bəzi ərazilərdə duman müşahidə olunub - FAKTİKİ HA...
09:25 23.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
Regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi kontekstində Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində ABŞ-ın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi fikir ayrılıqlarının aradan qaldırılmasına, sülhə və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir. “Biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə beynəlxalq hüquq normalarına hörməti sarsılmaz hesab edirik. Müasir dünyanın bu prinsiplərə hər zaman olduğundan daha çox ehtiyacı var”, - deyə o vurğulayıb.
Türkiyə Prezidenti qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün çoxqütblü dünya nizamını gücləndirmək lazımdır. Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlara çağırıb. O əlavə edib: “İkinci Dünya müharibəsindən sonrakı dövrdə yaranan ikiqütblü dünya, eləcə də birqütblü dünya artıq tarixə qovuşub”.
“BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları dünyadakı proseslərin gedişini müəyyən edə bilməz. Dünya beş dövlətdən böyükdür və mən bunu BMT Təhlükəsizlik Şurasının tribunasından bir daha bəyan edəcəyəm”, –deyə Türkiyə lideri daha sonra bildirib.
Onun sözlərinə görə, gündəmdə olan digər mühüm mövzu bütün dünya ictimaiyyəti qarşısında “böyük humanitar faciə” xarakteri alan Ukrayna müharibəsidir.
“Türkiyə başlanğıcdan tərəfləri ədalətli sülhə çağırır. Ölkəmizin fəal rolu İstanbul danışıqları zamanı uğurla nümayiş etdirildi, lakin həmin dövrdə müəyyən lobbilər dialoqun effektivliyinə qarşı çıxdılar. Ankara daha çox qan tökülməsinin qarşısını almaq üçün səylərini davam etdirməyə hazırdır”, - deyə Türkiyə Prezidenti əmin edib.
Ərdoğan daha sonra bildirib ki, Türkiyə Suriya və İraqın ərazi bütövlüyünü dəstəkləyir və eyni zamanda, bu dövlətlərin ərazilərində fəaliyyət göstərən terrorçularla mübarizəni davam etdirir. “Ankaranın terror təhlükəsini aradan qaldırmaq üçün atdığı addımlar təkcə Türkiyənin maraqlarına cavab vermir, həm də bütün regionun təhlükəsizliyinə töhfədir”, - deyə siyasətçi vurğulayıb.
ABŞ-Türkiyə münasibətlərinə gəlincə, Ərdoğan qeyd edib ki, müəyyən dairələr Türkiyə haqqında mənfi imici formalaşdırmaq üçün Konqresə təzyiq göstərməyə çalışırlar.
Onun sözlərinə görə, tarixi həqiqətlərlə bağlı təhrif olunmuş məlumatların məktəb dərsliklərinə salınmasına da cəhdlər edilir ki, bu da gənc nəslin təfəkkürünə təsir edir. O vurğulayıb: “Tarixi reallıqlar alimlər tərəfindən öyrənilməli, siyasi manipulyasiya aləti kimi istifadə edilməməlidir. Belə mövqe nə ABŞ-Türkiyə əlaqələrinə, nə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyəcək”.
Digər xəbərlər