FIFA Qırğızıstanda futbolun inkişafına 25 milyon d...
11:15 19.10.2026
0
0
0
Qırğızıstanın Bişkek şəhərində keçirilən “Türk dünyası: qazıntı, araşdırma və arxeometriya” simpoziumunda AMEA Naxçıvan Bölməsinin əməkdaşları – AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, bölmənin elmi işçisi Elmar Baxşəliyev iştirak edərək “Nahçıvanda Halaf və Ubeyd kültürünün izleri” və “Gamigaya petrogliflerinde Yakın Doğu motifleri” mövzularında çıxış ediblər.
“Şərq qapısı” xəbər verir ki, Türkiyənin Eskişehir şəhərində keçirilən “Yeniden bağımsızlığının 35-ci yılında Uluslararası Azerbaycan Kongre”sində (Müstəqilliyinin yenidən bərpasının 35-ci ilində Beynəlxalq Azərbaycan Konfransı) AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov iştirak edib və “Ramiz Qusarçaylının “Vətən” poemasında müstəqilliyin yenidən bərpasına poetik münasibət” mövzusunda məruzə edib.
Sonda iştirakçılar sertifikat və təşəkkürnamə ilə təltif olunublar.
Digər xəbərlər