NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Türkiyə Prezidenti: Qarabağ əbədi olaraq Azərbaycandır!

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə lideri sosial şəbəkədə 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

“Dost və qardaş Azərbaycanda qeyd olunan Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm, Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin azad edilməsi yolunda qəhrəmanlıq nümunəsi göstərmiş qazilərə minnətdarlığımı bildirirəm. Qarabağ əbədi olaraq Azərbaycandır!”, - deyə Türkiyə Prezidentinin paylaşımında vurğulanıb.

Nəşr edilib : 27.09.2025 14:50