NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Türkiyə Müdafiə Nazirliyi Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini anıb

...

Türkiyənin Milli Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olmuş Azərbaycan igidlərinin xatirəsini ehtiramla yad edib.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi sentyabrın 25-də Ankarada mətbuata açıqlamasında 44 günlük Vətən müharibəsinin başlanmasının qarşıdakı ildönümünə diqqət çəkib.

“Qəhrəman Azərbaycan Ordusunun respublikanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsinin başlanmasının beşinci ildönümü və 27 Sentyabr - Anım Günü münasibətilə şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə töhfə verən qazilərə minnətdarlığımızı bildiririk”, -deyə qardaş ölkənin Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır.

Nəşr edilib : 25.09.2025 15:52