NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Türkiyə Müdafiə Nazirliyi PKK-nın özünü ləğvi ilə bağlı qərarına münasibət açıqlayıb

...

Türkiyə Milli Müdafiə Nazirliyi PKK-nın özünü ləğvi ilə bağlı qərarına münasibət açıqlayıb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, qəbul olunan qərar vaxt itirilmədən icra olunmalı, PKK silahı yerə qoymalıdır: “Atılacaq addımlar yaxından izləniləcək. Prosesin provokasiya edilməsinə icazə verilməyəcək, hər ssenariyə qarşı diqqətli və hazırlıqlı olacağıq”.
Nazirlik rəsmisi qeyd edib ki, terror təşkilatları mövcud olduqca Türkiyə Silahlı Qüvvələri mübarizəsini davam elətdirəcək: “Türkiyə Silahlı Qüvvələri adının nə olmasından asılı olmayaraq ölkəmizə, millətimizə, regionumuzdakı sabitliyə və insanlığa təhdid yaradan terror təşkilatları var olduqca mübarizəsini əzm və qətiyyətlə davam etdirəcək”.

Nəşr edilib : 15.05.2025 20:19