Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionat...
14:45 30.10.2026
0
0
0
Region ölkələrinin mehriban qonşuluğu, əməkdaşlığı və birgə fəaliyyəti Azərbaycanın xarici siyasətinin əsaslarından biridir.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibəsində bildirib.
"Biz qonşularımızla möhkəm tərəfdaşlıq, bəzi hallarda isə müttəfiqlik münasibətləri qurmuşuq", - o deyib.
H.Hacıyev Rusiya ilə münasibətləri nümunə gətirib, həmçinin İranla tarixi və dostluq əlaqələrini, ortaq mədəniyyət və ənənələri qeyd edib.
O əlavə edib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə mədəniyyət, dil yaxınlığı, tarix və ənənələr birləşdirir.
"Mərkəzi Asiya ölkələri, Xəzər dənizinin digər sahilindəki qardaşlarımızla bizi ayırmadığı, əksinə, birləşdirməsi barədə danışırıq. Mərkəzi asiyalı qardaşlarımızın yekdil siyasi qərarı ilə Azərbaycan Mərkəzi Asiyanın Məşvərət Şurasının iştirakçısı oldu. Mən həmçinin deyirəm ki, bu, sadəcə "5+1", riyaziyyat məsələsi deyil. Bu, kimya, qovuşma məsələsidir. İndi Mərkəzi Asiya "altılığa" çevrilir, çünki Azərbaycan da bu mədəniyyətə mənsubdur", - Prezdentin köməkçisi bildirib.
Digər xəbərlər