NAXÇIVAN :

01 Fevral 2025, Şənbə

Türkiyə MN: "Qış təlimi – 2025” hərbi təlimləri uğurla davam edir"

...

Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində keçirilən “Qış təlimi – 2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

"Şərq qapısı" xəbər verir ki, görüntülərdə təlim iştirakçılarının qarlı və dağlıq ərazilərdə yerinə yetirdiyi çətin tapşırıqlar əks olunur.

Nazirlik bəyan edib ki, təlim uğurla davam edir.

Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.

Nəşr edilib : 01.02.2025 18:52