NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Türk nazir: AZAL-a məxsus 2 təyyarənin İğdır hava limanına enişi planlı şəkildə həyata keçirilib

...

İranın Naxçıvana dron hücumu hadisəsindən sonra “Azərbaycan Hava Yolları” QSC-yə məxsus 2 ayrı sərnişin təyyarəsinin İğdır Şəhid Bülent Aydın Hava Limanına enişi planlı şəkildə həyata keçirilib. Təyyarədə olan sərnişinlər təhlükəsiz şəkildə quru yolu ilə Naxçıvana çatdırılıblar.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

Bölgədəki hava məkanı ilə bağlı son məlumatları paylaşan nazir İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyada (Hələb istisna olmaqla) hava məkanının hələ də bağlı qaldığını, Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşların davam etdiyini, Birləşmiş Ərəb Əmirliklərində isə hava nəqliyyatının nəzarətli və məhdud şəkildə həyata keçirildiyini bildirib.

Qeyd edilib ki, Türkiyənin “Türk Hava Yolları”, “AJet”, “Pegasus” və “SunExpress” şirkətləri tərəfindən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar martın 9-dək dayandırılıb.

Bundan başqa,“Pegasus Hava Yolları” 12 martadək, “Türk Hava Yolları” isə 20 martadək İrana olan reyslərini proqramdan çıxarıb. “İraq Hava Yollarına” məxsus İstanbul hava limanında 4, Muğla Dalaman aeroportunda 2, Ankara Esenboğa hava limanında isə 1 təyyarə gözləmə vəziyyətindədir.

Digər tərəfdən, bu günə olan məlumata görə, Tehran aeroportunda THY və Pegasus şirkətlərinə məxsus 2 təyyarə, İraqda isə “Tailwind Hava Yolları”nın icarəyə götürdüyü 1 təyyarə var.

Nəşr edilib : 06.03.2026 17:56