NAXÇIVAN :

04 Avqust 2026, Çərşənbə axşamı

Türk media nümayəndələri Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət ediblər

...

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Türkiyədən Azərbaycana səfərə gələn media nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyəti avqustun 3-də Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

"Şərq qapısı" xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri düzüblər.

Daha sonra nümayəndə heyəti "Türk şəhidliyi" abidəsini ziyarət edib. Burada Azərbaycanın ərazi bütövlüyü və Bakının bolşevik-erməni daşnak işğalından azad edilməsi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edilib.

Nəşr edilib : 03.08.2026 16:16