NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Türk dünyasının ürəyinin bu gün Naxçıvanda döyünməsi məni qürurlandırır

...

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan Müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda konfransın keçirilməsi tarixi hadisə və dünyaya verilən siyasi bir mesajdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə dövlət başçılarının İstanbul sammitində türk dövlətlərinin əlaqələrinin inkişafına, türk xalqlarının birliyinə yüksək diqqət yetirərək deyib: ”Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik”.
Türk dünyasının bu gün Naxçıvanda bir araya gəlməsi təsadüfi hadisə və ya qərar deyildir...
Məlum olduğu kimi türk dünyasını birləşdirən yol Naxçıvandan keçir... Sözün məcazi və həqiqi mənasında bu gün Türkün qəlbi Naxçıvanda döyünür...
Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev türk dünyası haqqında demişdir: "XXI əsr türk dünyası əsri olacaq”.
Türk dünyası dövlətləri arasında əməkdaşlığın qurulması və inkişafa yönəldilmiş siyasətin aparılması yolunda bu gün Naxçıvanda təşkil olunan konfrans bu istiqamətdə yüksək töhfələrini verəcəkdir.
İnanıram ki, Mustafa Kamal Atatürkün Türkün qapısı adlandırdığı Naxçıvanda təşkil olunan konfrans Türk dünyası dövlətlərinin dinamik inkişafı istiqamətində olacaqdır... Türk dünyası dövlətlərinin əlaqlərinin möhkəmliyini Tanrıdan diləyirik!

Təbrizə Bağırova 
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq

münasibətlər kafedrasının müəllimi

Nəşr edilib : 03.10.2024 18:49