Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan norm...
09:41 09.02.2026
0
0
0
ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasındakı səhifəsində son sutka ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri, görüşlər, imzalanmış sənədlər və çıxışlarla bağlı 20-yə yaxın paylaşım edib.
"Şərq qapısı"nın məlumatına görə, bu müddətdə o, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını 2 dəfə səhifəsinə yerləşdirib.
Donald Trampın “Truth” sosial mediasındakı səhifəsinin 10 milyondan çox izləyicisi var. ABŞ lideri vacib açıqlama və bəyanatlarını bu hesab vasitəsi ilə elan edir.
Digər xəbərlər