NAXÇIVAN :

03 Noyabr 2026, Çərşənbə axşamı

Şərurun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

...

Noyabrın 4-də 154/110/35 kV-luq Arpaçay yarımstansiyasında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Şərurun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) “Şərq qapısı”na verilən məlumata görə, “AzərEnerji” ASC-nin "Naxçıvan Enerji" MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə bağlı verilən sifariş əsasında 35 kV-luq Xanlıqlar və Mahmudkənd hava elektrik xətlərində noyabrın 4-də saat 13:00-dan 15:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Müvəqqəti fasilə Şərurun Cəlilkənd, Mahmudkənd, Oğlanqala, Yeni Havuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərini əhatə edəcək.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Nəşr edilib : 03.11.2026 20:58