Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Heydər Əliyev adına tam orta məktəbin coğrafiya müəllimi Aysel Əsgərova ESD GRUP – Tokioda (Yaponiya) “Elm naliyyətlər və innovatik yanaşmalar” mövzusunda təşkil edilən XIV Beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransda onun “coğrafiyanın tədrisində təlim texnologiyalarından istifadə” mövzusunda nəşr olunan məqaləsi sertifikata layiq görülüb.
Qeyd edək ki, məqalədə coğrafiya fənninin tədrisində müasir pedaqoji texnologiyaların tətbiqinin vacibliyi və effektivliyindən bəhs edilir. Coğrafiyanın tədrisi prosesində yalnız məlumatların verilməsi kifayət etmir. Tədris prosesində daha müasir metodlar, o cümlədən tədqiqatlara əsaslanan analitik düşünmə, problem həlletmə və qrup şəklində mübahisələr kimi üsullar tətbiq olunur. Pedaqoji texnologiyaların ənənəvi metodikadan fərqli olaraq konseptuallıq, sistemlilik, idarəedilənlik, səmərəlilik və təkrarlana bilmə kimi xüsusiyyətləri vardır. Bir çox kriteriyalara görə pedaqoji texnologiyalar müxtəlif qruplara bölünür. Hazırda respublikamızın məktəblərində interaktiv metodlar geniş tətbiq olunur. Odur ki, öz aktuallığını saxlayan bu təlim texnologiyasından müasir dövrdə də geniş istifadə edilməsinə ehtiyac duyulur. Eyni zamanda problemli təlim texnologiyasının növləri haqqında məlumatlar öz əksini tapır. Müəllif coğrafiya dərslərində istifadə oluna biləcək interaktiv lövhələr, rəqəmsal resurslar, simulyasiya və oyunlar, video konfranslar və mobil tətbiqlər kimi müasir təlim texnologiyalarından və onların xüsusiyyətlərindən bəhs edir.
Bülbül QULİYEVA
Digər xəbərlər