NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib

...

"Şərq qapısı" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov hava limanındakı vida mərasimində deyib.
O bildirib ki, qara qutu artıq açılıb oxunur:
"İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib.

Nəşr edilib : 29.12.2024 11:37