“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərini...
17:57 29.12.2024
0
0
0
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib”.
"Şərq qapısı" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq:
“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşinin məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertizası keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.
Digər xəbərlər