NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Təyyarə qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib

...

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.
"Şərq qapısı" xəbər verir ki, həlak olanların nəşi və yaralılar Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Nəşr edilib : 26.12.2024 21:09