NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Təhsil tələbə kreditinə müraciətlər başladı

...

 Bu gündən etibarən təhsil tələbə kreditinə müraciətlərə start verilib. Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər payız semestri üçün 8 sentyabra qədər tələbə təhsil kreditinə müraciət edə bilərlər.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Bildirilib ki, qeydiyyat zamanı paralel olaraq tələbələr www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət etməlidirlər.

Nəşr edilib : 28.08.2025 18:49