NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Naxçıvanda XI sinif şagirdləri ilə görüş keçirib

...

Görüşdə  Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr və pedaqoji heyəti iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin icraçısı Şikar Hüseynov Fondun rəhbərliyi və əməkdaşlarının Naxçıvana səfərini yüksək qiymətləndirib, Naxçıvanın təhsil sahəsindəki inkişafını vurğulayaraq bu tip tədbirlərin təhsil sisteminin daha da möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. 
Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən fond dövlətin təhsilə qayğısının bariz nümunəsi kimi vətəndaşların maliyyə çətinliklərini aradan qaldıraraq onların təhsil almaq imkanlarını genişləndirir və daha güclü bir cəmiyyətin qurulması üçün mühüm töhfə verir. 
Tədbirdə  fondun əməkdaşı Məhəmmədəli  Abdin şagirdlərə təhsil tələbə kreditlərinə müraciət qaydaları, kreditlərin növləri, tətbiq olunan güzəştlər, geri ödəniş şərtləri haqqında ətraflı məlumat verib. 
Görüşdə, ümumilikdə, 300-dən çox şagird və 40 nəfər peşə təhsil müəssisələrinin tələbəsi iştirak edib. 
Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

Nəşr edilib : 08.04.2025 16:39