NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Təhsil Tələbə Krediti Fondunun əməkdaşları ilə görüş keçirilib

...

Aprelin 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Təhsil Tələbə Krediti Fondunun əməkdaşları ilə görüş keçirilib.  
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov  tələbələr üçün yaradılan fondun fəaliyyətindən danışaraq naxçıvanlı gənclərin də bu imkanlardan yararlandığını diqqətə çatdırıb.  Qeyd edib ki, hazırda təhsilin əlçatanlığının təmin olunması fondun tələbələr üçün yaratdığı xüsusi imkanlardır.
Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Bəhruz Əzimov fondun məqsədi haqqında məlumat verib. Bildirilib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Görüşdə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrlə yanaşı, Naxçıvanın peşə təhsil müəssisələrində ödənişli  təhsil alan tələbələrin də bu imkanlardan yararlanması, bu sahədə təbliğat-təşviqat işlərinin gücləndirilməsi, Təhsil Nazirliyi ilə fond arasında gələcəkdə  əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Nəşr edilib : 08.04.2025 10:15