NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları ilə Naxçıvana səfərləri çərçivəsində görüşüb

...

Təhsil naziri görüşdə xalqlarımız arasındakı dostluq əlaqələrindən danışıb, akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin də ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindən olduğunu bildirib.
Liseyin direktoru Valentina Antonenko, qonaqpərvərliyə görə minnətdarlığını bildirib,  rəhbərlik etdiyi lisey haqqında məlumat verib. Qeyd olunub ki, hərbi əməliyyat zamanı zərər çəkmiş bu təhsil müəssisəsi Azərbaycan Respublikasının dəstəyi ilə qısa zamanda bərpa olunub. Qonaq bu qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.  
Sonda muxtar respublikaya səfər edən qonaqlara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.

Nəşr edilib : 06.06.2025 21:47