NAXÇIVAN :

29 Oktyabr 2026, Cümə axşamı

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 3,3 faiz azalıb, nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib

...

2026-cı ilin sentyabrında rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 12 ay ərzində 25,7 faizə enib.

"Şərq qapısı" xəbər veri ki, bu barədə Mərkəzi Bankın faiz dəhlizlərinin parametlərinə dair qəbul edilmiş qərarda bildirilir.

Bu göstərici son 12 ayda 3,3 faiz bəndi azalıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin sentyabrında fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 29 faiz təşkil edib. Bu, əmanətlərin strukturunda manatın payının artması ilə bağlıdır.

Bundan başqa, bu ilin 9 ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Eyni zamanda, nağd xarici valyutanın mübadilə məntəqələri tərəfindən müştərilərdən alışı satışını 759 milyon dollar üstələyib.

Nəşr edilib : 29.10.2026 10:56