NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olub

...

Ölkə başçısı tərəfindən 11 sentyabr 2024-cü il tarixdə  “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində bu sahədə həyata keçiriləcək tədbirlərin icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov   müəssisədə məhkumlarla görüşüb. Görüşdə Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri   vəzifələrini müvəqqəti icra edən, ədliyyə nazirinin müavini Hüseyn Səfərov da iştirak edib. Görüş zamanı müəssisədə peşə təhsilinin həyata keçirilməsinin və məhkumların   müəyyən peşələrə yiyələnməsinin onların gələcək həyatlarındakı  əhəmiyyəti müzakirə olunub. Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin İstehsalat sahəsində  məhkumların hazırladıqları əl işləri ilə tanışlıq olub. Məhkumların COP29-la bağlı hazırladıqları əl işləri böyük  maraqla qarşılanıb.
Qeyd edək ki, Cəzaçəkmə Müəssisəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe müəssisələrin  mütəxəssisləri tərəfindən misgərlik, taxta üzərində oyma, aşpazlıq, heykəltaraşlıq,  kompüter və digər kursların təşkili nəzərdə tutulur.

Nəşr edilib : 01.11.2024 12:43